waplog

“Huawei” dünya smartfonlar bazarında mövqeyini itirməyə başlayıb


“Counterpoint” şirkəti avqustun yekunları üzrə dünya smartfonlar bazarında güclər nisbətini qiymətləndirib. Bazarda yerlərin dəyişdirilməsinə başlanıldığı ehtimal olunur ki, bu da Çinin telekommunikasiya nəhəngi “Huawei” şirkətinə qarşı ABŞ tərəfindən tətbiq edilən sərt sanksiyalarla izah olunur.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, şirkətin hesablamalarına görə, bu ilin ikinci rübündə “Huawei” 20 faiz payla qlobal miqyasda lider olub. İkinci yerdə təxminən eyni payla Cənubi Koreyanın “Samsung” şirkəti qərarlaşıb. Sonrakı mövqelərdə 11, 10 və 9 faiz payla müvafiq olaraq “Apple”, “Xiaomi” və “OPPO” yer alıb.

 

Avqustun yekunlarına görə, 22 faizlik nəticə nümayiş etdirən Cənubi Koreya nəhəngi “Samsung” mütləq liderliyə yüksəlib. Hazırda “Huawei” ikinci pillədə qərarlaşıb: şirkətin payı 16 faizədək azalıb.

 

Üçüncü yeri 12 faiz payla “Apple” şirkəti tutub. Çinin “Xiaomi” şirkəti ötən ayın yekunları üzrə 11 faizlik göstərici ilə dördüncü yerdədir.

 

Yaxın gələcəkdə “Huawei” şirkətinin payının daha da azalacağı gözlənilir. Bu fonda “OnePlus”, “OPPO”, “Realme”, “Vivo” və “Xiaomi” kimi tədarükçülər bazar vəziyyətini yaxşılaşdırmaq imkanı əldə edə bilərlər.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL