waplog

Çində “HUAWEI”nin smartfonları şəxsiyyət vəsiqəsini əvəz edəcək


Çinin “Huawei” şirkəti Şanxayda keçirilmiş “HUAWEI CONNECT 2020” konfransında “HMS” ekosisteminin yeni imkanlarını təqdim edib. Platformanın ən orijinal istifadəçi funksiyalarından biri universal eyniləşdirmə sistemi vasitəsilə dövlət qurumlarının xidmətlərinə təhlükəsiz girişdir. Bu funksiya vasitəsilə çinli istifadəçilər şəxsiyyət vəsiqəsi və başqa rəsmi sənədlərə alternativ kimi smartfondan istifadə edərək tibbi, bank və turizm xidmətlərindən yararlana biləcəklər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “HUAWEI City Service” proqram platforması Çin ərazisində dövlət xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulub. Proqram platforması 6 regionu və 30-dan çox dövlət xidmətini əhatə edir. Gələcəkdə istifadəçilər “HUAWEI ID”nin köməyilə istənilən vaxt və istənilən yerdə dövlət strukturları ilə məsafədən qarşılıqlı əlaqə qura biləcəklər. Şəxsiyyət vəsiqəsindən tam imtina barədə danışmaq hələ ki tezdir – amma bir sıra vəziyyətlərdə “HUAWEI” smartfonu artıq şəxsiyyət vəsiqəsini əvəz edə bilər.

 

HMS dünyanın üçüncü ən böyük mobil proqram ekosistemi olub. Dünyada 1,8 milyondan çox qeydiyyatdan keçmiş tərtibatçı və “HMS Core” ilə inteqrasiya edilmiş 96 min mobil proqram ona daxildir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL