waplog

“Facebook Messenger” və “Instagram”da ünsiyyət birləşdirilib


"Facebook" şirkəti "Messenger" və "Instagram" servislərinin kommunikasiya funksiyalarını birləşdirib. Kross platformalı bildiriş sistemi sayəsində bir proqramın istifadəçisi vahid "Facebook" ekosistemi daxilində digər servisin istifadəçisi ilə yazışa biləcək.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Vesti" resursuna istinadən yazır ki, bu, əsas "Facebook" proqramına da aiddir. "Instagram" istifadəçiləri ayrıca messencer quraşdırmadan və "Facebook" hesabı açmadan yalnız bu sosial şəbəkədə qeydiyyatdan keçən dost və ailə üzvlərinə bildirişlər göndərmək imkanı əldə edəcəklər. Gələcəkdə inteqrasiya "WhatsApp" messencerinə də şamil ediləcək: onun vasitəsilə "Instagram" və "Messenger" və ya "WhatsApp" istifadəçiləri ilə ünsiyyət qurmaq mümkün olacaq.

 

İstənilən proqram istifadəçisi onunla ünsiyyət qurmaq istəyən şəxsi seçə biləcək. Məsələn, "Instagram" istifadəçisi "Facebook"dan heç kimdən bildiriş almaq istəməsə, bu funksiyanı söndürə biləcək. Həm "Instagram", həm də "Messenger"də ayrı-ayrı kontaktları bloklamaq və məlumatları arzuolunmaz kimi qeyd etmək imkanı saxlanılıb.

 

Bundan başqa, "Instagram"da əvvəllər yalnız "Messenger"də mövcud olan funksiyalar yaradılacaq. Söhbət çat pəncərəsini rəngləmək, emodzilər vasitəsilə reaksiya vermək, digər beş kontakt və ya qrupa kontent göndərmək, "Facebook Watch", "IGTV" və "Reels" servislərində birgə videoya baxmaq, müstəqil yoxa çıxan bildirişlərin mübadiləsi imkanından gedir.

 

Bununla yanaşı, vahid kommunikasiya sistemi çatların birləşdirilməsi mənasına gəlmir. Belə ki, "Instagram" istifadəçisi "Messenger"dəki, "Messenger" istifadəçisi isə "Instagram"dakı yazışmasını görə bilməyəcək. Bir sözlə, bütün "Instagram" zəng və bildirişləri bu proqramda qalacaq, lakin eyni zamanda "Facebook" istifadəçiləri tərəfindən aparılan dialoqlar daxil ediləcək.

 

Yeni "Instagram" və "Messenger" imkanlarından ilkin olaraq bir neçə ölkənin istifadəçiləri yararlanmağa başlayıb. Şirkət nümayəndələrinin sözlərinə görə, yeni funksiya tezliklə bütün dünyada istifadəyə veriləcək.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL