waplog

Dünyada ilk dəfə dron vasitəsilə transplantasiya üçün orqan nəqli həyata keçirilib


ABŞ-da tədqiqatçılar tərəfindən keçirilmiş sınaq uçuşlarında transplantasiya üçün orqan nəqli həyata keçirilib. Dron 16,5 km məsafə qət edib və orqanlar zədələnməyib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, Nevadada pilotsuz təyyarələrin sınaq uçuşları transplantasiya üçün orqanların təhlükəsiz nəqlinin mümkün olmasını göstərib. Nəqliyyat logistikası ilə məşğul olan "MissionGo" şirkəti Nevadanın Donor şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində orqanların səhra boyunca 50 km-dək məsafəyədək nəqlini sınaqdan keçirib. "MissionGo" şirkətinin nümayəndəsi bildirib ki, pilotsuz uçan aparatların köməyi ilə orqan nəqli donorluğu sürətləndirə bilər.

 

Şirkətdən bildirilib ki, indi onlar hakimiyyətdən orqanların nəqli üçün icazə almalıdır. Bu yaxınlarda ABŞ Federal Aviasiya İdarəsi "Amazon" şirkətinə "Prime" adlı pilotsuz təyyarələrin köməyi ilə çatdırmalara başlamağa icazə verib, "Walmart" isə ərzaq məhsulları və dərmanların çatdırılması ilə təcrübələr aparır.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL