waplog

Hindistanda dövlət mobil əlavələr mağazası işə salınacaq


Hindistan hökuməti "Google Play" və "Apple App Store" ilə rəqabət aparacaq dövlət mobil əlavələr mağazası istifadəyə verməyi planlaşdırır. Bu, tam yeni məhsul olmaya bilər. Belə ki, hökumət tərəfindən mövcud "Mobile Seva" servisinin genişləndiriləcəyi ehtimal olunur.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, hökumət nümayəndələrinin sözlərinə görə, "Android" əməliyyat sisteminin Hindistan bazarında payı 97 faizə bərabərdir. "Bu səbəbdən biz müdaxilə edərək Hindistan startaplarını dəstəkləməliyik", – onlar bildirib. Bundan başqa, hökumət dövlət mobil proqramlar mağazasını Hindistanda satılan bütün smartfonlar üçün məcburi etmək imkanını nəzərdən keçirir. Maraqlıdır ki, bu ideya informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən çoxsaylı sahibkarlar tərəfindən hökumətə Hindistanın "Apple" və "Google" kimi nəhənglərlə rəqabət apara bilən mobil əlavələr ekosisteminin dəstəklənməsi petisiyası ilə müraciətdən sonra müzakirə edilməyə başlayıb. Təşəbbüskarlar qismində ölkənin böyük onlayn platformalarının təsisçiləri çıxış edib. Bundan başqa, onlar "Google" şirkəti tərəfindən onun əlavələr mağazasında alış üçün tətbiq edilən komissiyanın artırılmasına görə kompensasiyanın ödənilməsi məqsədilə ölkənin bank sahəsi üzrə tənzimləyici orqanına və Maliyyə Nazirliyinə müraciət etmək niyyətindədirlər.

 

Ölkənin İT sahəsi üzrə sahibkarları hökumətdən dəstək alacaqlarına ümid edirlər. Bu xəbərə "Apple" və "Google" şirkətlərinin reaksiyası hələ ki məlum deyil.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL