Almaniyada 3D printerin köməyilə yaşayış evi çap ediləcək
Almaniyanın Bekkum şəhərindən olan mütəxəssislər 3D printerin köməyilə yeni yaşayış evi inşa etməyə qərar veriblər.
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, “Peri” şirkəti ilk dəfə Almaniyada belə layihə reallaşdıracaq. 2 mərtəbəli yaşayış evinin inşası üçün büdcədən 200 min avro ayrılıb. Hazırda işçilər sənaye dəzgahının köməyi ilə xüsusi betondan divar çap ediblər.
Bir ailə üçün evin ümumi yaşayış sahəsi təxminən 160 kvadrat metr təşkil edəcək. Material xüsusi qurğunun köməyi ilə döşənir, prosesə xüsusi proqram nəzarət edir.
Yerli hakimiyyət belə hesab edir ki, layihə böyük perspektivə malikdir, çünki bu texnologiyanın geniş tətbiqi evin dəyərini azaltmağa və tikintinin qısa müddətə başa çatdırmağa imkan verəcək. Bundan başqa, belə üsul inşaat və insan resurslarına qənaət edir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL