waplog

“Samsung” orta səviyyəli “Qualcomm Snapdragon” prosessorları istehsal edəcək


“Samsung Electronics” və “Qualcomm Technologies” şirkətləri arasında beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən orta səviyyəli smartfonlar üçün “Snapdragon” prosessorlarının istehsalı haqqında saziş imzalanıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, sazişin şərtlərinə görə, “Samsung” şirkəti 8 nanometrlik istehsal texnologiyasının nəzərdə tutulduğu “Snapdragon 750G” çipinin buraxılışı ilə məşğul olacaq. Çipə 2,2 takt tezlikli səkkiz “Kryo 570” hesablama nüvəsi, “Adreno 619” qrafik sürətləndiricisi və “5G” modemi daxildir.

 

Dəyəri açıqlanmayan saziş şirkətlər arasında gələcək tərəfdaşlıq münasibətlərinin inkişafı olacaq.

 

Bir müddət əvvəl verilən məlumata görə, məhz Cənubi Koreya nəhəngi 2021-ci ilin premium smartfonlarının əsasını təşkil edəcək 5 nanometrlik qabaqcıl “Snapdragon 875” prosessorunun buraxılışı ilə məşğul olacaq. Çipin təqdimatı dekabrın 1-də “Qualcomm Tech Summit” virtual tədbirində gözlənilir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL