waplog

“Samsung” şirkəti uzun müddət avtonom işləyən “Galaxy F41” kamerafonunu təqdim edib


"Samsung" şirkəti yeni "Galaxy F" smartfonlar seriyasını təqdim edib. "Galaxy F41" adlı model bu seriya üzrə ilk qurğudur.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, aparat 6,4 düymlük "Full HD " təsvir ölçülü AMOLED displeylə təchiz edilib və selfi modul üçün U şəkilli kəsiyə malikdir. İstehsalçı platforma kimi 8 nüvəli "Exynos 9611" prosessorundan istifadə edib. Modelin əməli yaddaş tutumu 6 QB, daxili yaddaş tutumu isə konfiqurasiyadan asılı olaraq 64 və ya 128 QB təşkil edir.

 

"Galaxy F41" aparatının arxa kamerası 64 mp-lik əsas sensor, 8 mp-lik genişbucaqlı modul və 5 meqapiksellik dərinlik datçikindən ibarətdir. Ön kamera 32 mp-lik sensorla təchiz edilib. Smartfon 15 vatt gücündə sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən 6000 milliamper/saat tutumlu akkumulyatora malikdir.

 

Yeni smartfon modeli "USB Type-C" portu və qulaqlıqlar üçün standart 3,5 mm-lik konnektora malikdir. Modelin simsiz interfeys dəstinə "LTE" modem, "Wi-Fi", "Bluetooth" və "GPS" modulları daxildir. Smartfon "One UI 2.1" interfeysli "Android 10" sisteminin idarəetməsi altında işləyir və onu blokdan çıxarmaq üçün arxa qapağa qurulmuş barmaq izləri skanerindən istifadə edilir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL