waplog

Analitiklər “5G” smartfonlarının satış həcmində 1300% artım proqnozlaşdırıblar


“Strategy Analytics” şirkətinin mütəxəssislərinin proqnozuna görə, 2020-ci ildə “5G” smartfonlarının satış həcmi ötən illə müqayisədə təxminən 1300% artaraq 250 milyonu ötəcək. Mütəxəssislərin fikrincə, bu il “Apple”, “Huawei” və “Samsung” şirkətləri sözügedən bazarın inkişafına ən böyük töhfəni verəcəklər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Strategy Analytics”in direktor müavini Ville Petteri-Ukonao “5G” kateqoriyasını smartfon sənayesi üçün əsas hərəkətverici qüvvə adlandırıb.

 

Çin və ABŞ “5G” smartfonlar üzrə ən böyük satış bazarı olacaqlar.

 

Hazırda “5G” kateqoriyasının smartfonlar bazarında ən yüksək artım tempi nümayiş etdirməsinə baxmayaraq, analitiklər bəzi maneələr haqqında xəbərdarlıq edirlər. Məsələn, yeni standartı dəstəkləyən bir çox smartfon modellərinin qiyməti hələ ki çox bahadır, bir çox mobil operatorların “5G” şəbəkələri tam yaxşı vəziyyətdə deyil, koronavirusun yenidən geri qayıtması isə ABŞ və Avropa dövlətləri daxil olmaqla Qərb ölkələrinin bazarlarında istehlakçı tələbatının zəifləməsinə səbəb olur.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL