waplog

Mütəxəssislər smartfonlara tələbatın kəskin artacağını gözləyirlər


Koronavirus pandemiyasına görə bu il smartfonların tədarük həcmi kəskin azalıb. Ancaq “Digitime Research” analitik şirkətinin mütəxəssisləri gələn il smartfonlara tələbatın kəskin artacağına əmindirlər. Səbəblərdən biri kimi beşinci nəsil şəbəkələrinin sonrakı inkişafı göstərilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, ilkin hesablamalara görə, “4G” və “5G” dəstəyi reallaşdırılmış başlanğıc səviyyəli cihazlar smartfonlara tələbatın artmasına səbəb olacaq. 2023-cü ilədək belə smartfonların sayının 1,5 milyard olacağı gözlənilir, 2025-ci ilədək isə bu göstərici 1,7 milyardadək artacaq.

 

“Digitime Research”ün analitikləri 2021-ci ildə “Samsung” və “Apple” şirkətlərinin smartfonların tədarükü üzrə liderlər arasında olacağına əmindirlər. “OPPO”, “Vivo” və “Xiaomi” şirkətləri, həmçinin liderlər beşliyində olacaq, amma Çinin “HUAWEI” şirkətinin 7-ci yerə düşəcəyi gözlənilir. Analitiklərin qiymətləndirməsinə görə, əgər 2020-ci ilin sonunadək “5G” qurğularının qlobal tədarük həcmi 200 milyon səviyyəsində gözlənilirdisə, 2025-ci ilədək bu göstərici 1,22 milyardadək artacaq.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL