waplog

Smartfon istifadəçiləri arasında “5G” şəbəkəsi dəstəyinin mövcudluğunu müəyyənləşdirmək üçün sorğu keçirilib


Smartfon istifadəçilərinin üçdəbir hissəsi qurğularında beşinci nəsil mobil rabitə şəbəkəsinin dəstəklənməsinin mövcudluğundan məlumatsızdır. Bu barədə “PhoneArena” nəşrinin “Global Wireless Solutions” (GWS) agentliyinin tədqiqatına istinadən məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, ABŞ-ın mobil rabitə istifadəçilərinin 29 faizi qurğularının “5G” şəbəkəsində işləyib-işləməməsi ilə bağlı sualı cavablandırmaqda çətinlik çəkib. Smartfon sahiblərinin 38 faizi mobil rabitə operatoru tərəfindən yeni nəsil mobil rabitə şəbəkəsi xidmətlərinin göstərilib-göstərilməməsi barədə məlumata malik deyil. Bununla yanaşı, “iPhone” sahiblərinin 49 faizi qurğularının beşinci nəsil şəbəkələrində işləməsini bildirib. “PhoneArena” jurnalistləri qeyd edib ki, “Apple” texnikası istifadəçiləri tərəfindən smartfonlarda “5G” dəstəyinin mövcudluğu səhvən aşkarlanıb, çünki şirkətin aktual qurğuları bu funksiya ilə təchiz edilməyib.

 

Həmçinin “GWS” agentliyinin mütəxəssisləri tərəfindən ABŞ istifadəçilərinin “5G” şəbəkəsinin tətbiqindən gözləntiləri müəyyən edilib. Respondentlərin 54 faizi məlumatların daha sürətlə ötürüləcəyinə ümid etdiyini qeyd edib, 16 faizi “HD” formatında videozənglərin keyfiyyətinin artacağına şad olduğunu bildirib. Rəyi soruşulanların 13 faizi videoya baxanda, 8 faizi şəbəkə oyunları zamanı sürətin artacağını gözlədiyini vurğulayıb. Sorğu ABŞ-ın bütün regionlarında beş min operator abunəçisi arasında anonim şəkildə aparılıb.

 

Qeyd edək ki, yeni “iPhone” smartfonları oktyabrın 13-də “Apple” şirkətinin növbəti təqdimatı çərçivəsində nümayiş olunacaq. Blogerlərin fikrincə, “iPhone 12” seriyalı qurğular “OLED” displeylə təchiz ediləcək və beşinci nəsil mobil rabitə şəbəkəsində işi dəstəkləyəcək.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL