waplog

“iPhone 12” üçün maqnit enerjidoldurma qurğusu təqdim olunub


Yaponiyanın elektronika üçün “MPOW” aksesuarlar istehsalçısı yeni “iPhone 12” smartfonları ilə istifadə üçün nəzərdə tutulan qurğu nümayiş etdirib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, “MPOW” qurğusu enerji toplanılan yerdə halqaşəkilli maqnitdən istifadə ilə seçilir. O, qurğuya bu funksiyanın dəstəklənməsi üçün maqnitlərin də quraşdırıldığı smartfon korpusunda lazımi yerdə dəqiq yerləşməyə imkan verir.

 

Maqnit bərkidici induksiya çarxlarını enerjidoldurma qurğusu və smartfonda etibarlı və dəqiq yerləşdirməyə, eləcə də enerjidoldurma prosesində yerdəyişməni və bununla əlaqədar enerji itkisini və ya batareyanın enerji ilə doldurulmasının mümkün dayandırılmasını aradan qaldırmağa imkan verəcək.

 

Qeyd edək ki, analoji maqnit bərkidicidən artıq bir neçə ildir “Apple Watch” saatı üçün simsiz enerjidoldurma qurğularında istifadə olunur. Bununla yanaşı, Yaponiya istehsalçısı xəbərdarlıq edir ki, maqnit enerjidoldurma qurğusu müstəsna olaraq yeni “iPhone” smartfonları üçün hazırlandığından “Qi” standartlı simsiz enerjidoldurmanı dəstəkləyən digər smartfonlarla, o cümlədən əvvəlki illərdə buraxılan “Apple” modelləri ilə uyğunluq təşkil etməyə bilər.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL