waplog

Şotlandiyada dünyada hidrogenlə işləyən ilk ikimərtəbəli avtobuslar istifadəyə verilib


Şotlandiyada dünyada hidrogenlə işləyən ilk sərnişin avtobusları istifadəyə verilib. London hakimiyyəti, həmçinin bu nəqliyyat modellərini tətbiq etməyi planlaşdırır.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, Şotlandiyada Aberdin şəhərinin hakimiyyəti tərəfindən dünyada yalnız hidrogenlə işləyən ilk ikimərtəbəli avtobus təqdim edilib. Onlar artıq şəhərin ictimai nəqliyyatının bir hissəsinə çevriliblər, bu islahat havanın çirklənməsi ilə mübarizə aparmaq və tullantıları sıfır həddinə çatdırmaq üçün nəzərdə tutulmuş layihənin ilk addımıdır.

 

Avtobuslar son sınaq mərhələsindədir, amma şəhər sakinləri artıq onlardan istifadə edə bilərlər. Bu avtobuslar bir neçə həftə ərzində şəhərdə hərəkət edəcəklər ki, sürücülər yeni nəqliyyat növünü idarə etməyə vərdiş etsinlər. Bu layihə məqsədi şəhərin iqtisadi və ekoloji aspektlərini daimi yaxşılaşdırmağı hədəfləyən Aberdin şəhər şurasının rəhbərliyi altında həyata keçirilir.

 

Sözügedən avtobuslar "Wrightbus" şirkəti tərəfindən hazırlanır. 10,8 milyon dollar məbləğində layihə Aberdin şəhər şurası, Şotlandiya hökuməti və Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Hər bir avtobusun qiyməti 652 min dollardır.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL