waplog

Yeni “OnePlus 8T” smartfonu təqdim edilib


“OnePlus” şirkəti qabaqcıl modelinin “8T” adlandırılmış yeniləməsini təqdim edib. Yeni smartfonun təqdimatı istehsalçının “YouTube” kanalında baş tutub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, 6,55 düym diaqonallı displey vacib bir yenilik əldə edib – indi matris təsviri 120 hers tezlikdə yeniləyə bilir. “Fluid AMOLED” displeyinin digər xüsusiyyətləri sələfi ilə oxşardır: “Full HD” təsvir ölçüsü, 16 mp-lik ön kamera və 1100 nit maksimal parlaqlıq.

 

Aparat platforması əvvəlki kimi saxlanılıb, smartfon “Snapdragon 865” prosessoru ilə təchiz edilib. “OnePlus 8T” aparatı 8 və ya 12 QB əməli yaddaş, 128 və ya 256 QB daxili yaddaşa malik ola bilər. Smartfon “5G” rabitə texnologiyasını dəstəkləyir.

 

Fotoqrafiya imkanları eyni qalıb. Fotomodul 4 sensordan ibarətdir: 48 mp-lik optik sabitləşmə sisteminə malik əsas “IMX586”, 16 mp-lik super genişbucaqlı, 5 mp-lik makromodul və 2 mp-lik ağ-qara rəngli sensor. Məlumata görə, yeni aparat şəklin işlənməsi alqoritmləri sayəsində gecə vaxtı daha yaxşı video çəkmək imkanına malikdir.

 

Telefonda daxili akkumulyatorun tutumu 4500 milliamper/saatadək artırılıb.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL