waplog

“Microsoft” korporasiyası “Seeing Al” texnologiyasını yeniləyib


“Microsoft” korporasiyası “Seeing Al” texnologiyasını yeniləyib. Bu, kompüter görmə texnologiyasının köməyi ilə zəif görən və gözdən əlil insanlar üçün dünyanı təsvir edən mobil tətbiqetmədir. O, kamera və süni zəkanın köməyi ilə ev əşyalarını müəyyənləşdirə, mətnləri skan edə və səsləndirə, hətta dostları tanıya bilər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, mətndəki şəkil haqqında məlumat verən yeni alqoritm görmə problemi olan insanların həyatını xeyli yaxşılaşdırmalıdır. Həm də yeni funksiya “Office 365”, “Word”, “Outlook” və “PowerPoint” kimi proqramlarda əlçatan olacaq. Sözügedən funksiya şəkil üçün izahlı mətn yaratmaqdan ötrü istifadə olunacaq.

 

Korporasiyadan bildiriblər ki, yeni alqoritm şəkli insanlar kimi yaxşı təsvir edir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL