waplog

Dünyada ilk 120 vatlıq enerjidoldurma qurğusu təqdim edilib


“ZMI” şirkəti dünyada ilk 120 vatlıq enerjidoldurma qurğusunu təqdim edib. Bundan başqa, yeni akkumulyatorun tutumu böyükdür və müasir “USB Type-C” konnektorları ilə təchiz edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, yeni akkumulyatorun tutumu 25000 milliamper/saat təşkil edir. Konnektorlarından biri 120 vattadək, digəri isə 45 vattadək olan smartfon və başqa qurğuları enerji ilə doldurmağa imkan verən iki “USB Type-C” konnektoru ilə təchiz edilib. Enerjidoldurma qurğusunun özünü gücü 65 vattadək olan adapterlə 2 saat ərzində tam doldurmaq olar.

 

Yeni qurğunun satışa çıxarılma tarixi hələ elan edilməyib, amma qurğunun dəyərinin 60 dollar olacağı məlumdur.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL