Planşet istehsalçıları rəqabəti gücləndirir
“Asustek Computer” şirkəti 400 min qurğu təchizatı ilə planşet kompyuterlərin istehsal həcminə görə 2011-ci ilin birinci yarısının nəticəsi üzrə ikinci olmaq üçün bütün şanslara malikdir. Bu barədə noutbukların ODM istehsalçılarına istinadən “DigiTimes” nəşri bildirib.
400 dollar dəyərində başlanğıc səviyyə “Asus” planşetlərə ABŞ-da böyük tələbat var.
İndi Tayvan istehsalçısı “Nvidia Tegra 3”-ün 4 nüvəli prosessor və “Google Android Ice Cream Sandwich” əməliyyat sistemi əsasında “Eee Pad Transformer” cihazlarının ikinci nəslinin istifadəyə verilməsinə hazırlanır. Məhsuldar planşetin 2011-ci ilin oktyabrında istifadəyə verilməsi gözlənilir.
Bazar iştirakçılarının qiymətləndirmələrinə görə, “Asus Nvidia ARM” prosessorlarının ən böyük alıcısı olacaq. 2011-ci ildə şirkət 2,5 milyona qədər Tegra 2 və Tegra 3 çipləri sifariş etməyi planlaşdırır.
Hal-hazırda qiyməti 600 dollardan 800 dollara qədər olan “Asus Eee Pad Slider” planşetinin satışına hazırlanır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL