waplog

Qərbi Avropada “5G” smartfonlara tələbat 4000%-dən çox artıb


"Strategy Analytics" şirkətinin mütəxəssisləri 2020-ci ilin birinci yarısında Qərbi Avropa bazarına rekord sayda "5G" smartfon tədarük edildiyi haqda məlumat verib. Mütəxəssislərin məlumatına görə, yanvar-iyun aylarında regiona beşinci nəsil şəbəkələrini dəstəkləyən 4 milyon aparat tədarük edilib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, rəqəmlər texnologiyanın nüfuzetməsinin tədricən artmasına dəlalət edir: 2019-cu ilin birinci yarısında "5G" modellər Qərbi Avropaya göndərilən smartfonların ümumi həcmində 1% paya sahib idi, indi isə bu göstərici 7%-dək artıb. Həmçinin mütəxəssislər qeyd ediblər ki, son ildə Qərbi Avropa ölkələrində "5G" smartfonlara tələbat 4000%-dən çox artıb.

 

Sözügedən bazarda brendlər arasında "Samsung" liderdir. "Strategy Analytics" tərəfindən toplanılmış statistika onu göstərir ki, ilin ilk yarısında regiona göndərilmiş "5G" smartfonların 88%-i Cənubi Koreya nəhənginin payına düşür.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL