waplog

“Telegram”ın aylıq auditoriyası 1,2 milyon nəfər artıb


Avqustda “Telegram” messencerinin aylıq auditoriyası 1,2 milyon artaraq 26,7 milyon nəfər təşkil edib. Bu barədə “Mediascope” şirkətinin məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, məlumata görə, Rusiyanın 12 yaşdan yuxarı əhalisi arasında ən populyar messencer “WhatsApp” olaraq qalır. Avqustda “WhatsApp” mobil əlavəsinə ayda ən azı bir dəfə daxil olanların sayı 70,6 milyon nəfər və ya əhalinin 57,7 faizinə bərabər olub. Ay ərzində istifadəçilərin sayında 0,1 faiz azalma qeydə alınıb.

 

İkinci yeri tutan “Viber”dən 36,2 milyon və ya əhalinin 29,7 faizi istifadə edir. Onun hesabat dövründə auditoriyası 0,5 azalıb.

 

Üçüncü pillədə avqustda auditoriyası 26,7 milyon nəfər (21,8 faiz) artan “Telegram” qərarlaşıb. Artım 0,9 faiz təşkil edib. Sonrakı mövqedə 22,5 milyon (18,4 faiz) göstərici ilə “Google Chat” yer alıb. Onun artımı 0,5 faizə bərabər olub.

 

Məlumat mübadiləsi üçün populyar proqramlar beşliyini 7,1 milyon nəfərlik (5,9 faiz) auditoriyaya malik və avqustda artımı 0,1 faiz təşkil edən “Facebook Messenger” tamamlayıb.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL