waplog

Smartfonları çox qızmadan effektiv şəkildə qoruyan üsul düşünülüb


Hər il smartfonlar məhsuldarlıq üzrə rekorda imza atırlar. Eyni zamanda mobil çiplərin soyudulması məsələsi getdikdə daha çox aktuallaşır. İstehsalçılar bu məqsədlə maye, hətta miniatür kulerlərdən istifadə edirlər. Yeni texnologiya üzrə istehsal edilmiş çox nazik qrafit plyonkalar smartfonların soyudulmasına kömək edə bilərlər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, qrafit plyonkalar öz fiziki xüsusiyyətlərinə görə çox vaxt elektron cihazlarda aşağı temperaturu saxlamaq üçün istifadə olunur. Bu plyonkalar istiliyi olduqca yaxşı yayır və cihazın fasiləsiz işini təmin edirlər. Ancaq belə plyonkaların istehsalı mürəkkəb, çox enerji tələb edən və bahalı prosesdir. Effektivlik daha çox sual doğurur, çünki bir neçə mikrometr qalınlığında materialın yaradılması üçün 3200 dərəcə temperatur tələb olunur. Səudiyyə Ərəbistanında Kral Abdulla adına Elm və Texnologiya Universitetinin alimləri isti metanın qrafitə çevrilməsi metodunu hazırlayıblar ki, bu da keyfiyyət itkisi olmadan maya dəyərini azaltmağa imkan verəcək.

 

Tədqiqatçıların fikrincə, yeni metodun köməyi ilə qrafit plyonkaların istehsalının yığcamlığı, elastikliyi, möhkəmliyi və aşağı dəyəri bütün sənaye üçün qızıl orta ola bilər. Bu plyonkalar qalınlığının az olması hesabına mobil qurğularda çox yer tutmayacaq, amma səmərəli soyutmanı təmin etməlidir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL