waplog

2012-ci ildə texnologiya dünyasında nə baş verəcək?!


“Windows 8” və “Windows Store”-un işə salınması

Sözsüz ki, 2012-ci ildə İKT dünyasında ən çox gözlənilən hadisələrdən biri “Microsoft” korporasiyasının “Windows 8” əməliyyat sistemini işə salmasıdır. Bu, demək olar, hamıya aid olacaq, çünki “Windows” dünyadakı personal kompyuterlərin 90 faizində quraşdırılıb.

“Windows 8” şirkətin əvvəlcədən sensor ekranlara tam adaptasiya edilən ilk əməliyyat sistemi olacaq.
Yeni  əməliyyat sisteminin çıxması ilə “Windows Store” əlavələr mağazası da fəaliyyətə başlayacaq.

“Mac” istifadəçiləri üçün “Apple” şirkətinin mağazasının oxşarı əsasında yaradılan “Windows Store” proqram təminatını kompyuter ekranından uzaqlaşmadan əldə etməyə imkan verəcək.
Yeni “Windows” 2012-ci ilin iyununda təqdim edilməlidir.
 
“iPad 3” və “iPhone 5”
 
“Apple” şirkətinin istənilən yeni nəsil məhsullarının çıxması böyük hadisədir. “iPad” və “iPhone”-nun hər il təqdim edilən yeni məhsulları  istisna olmayacaq. 
Yeni “iPad” 2012-ci ilin martında, “iPhone”-un isə iyun - sentyabr aylarında bazara çıxarılacağı gözlənilir.
 
Yeni “Google” smartfonunun istehsalı

Yeni “iPhone” smartfonu ilə yanaşı, yeni və say etibarilə dördüncü olan “Google” smartfonunun istehsalı gözlənilir. Hazırda yeni “Google” mobil telefonunun necə olacağı barədə yalnız düşünmək olar. Nəzərdə tutulur ki, yeni smartfon bazara 2012-ci ilin ikinci yarısında çıxarılsın.
 
Üçüncü nəsil “İntel Core” və onun əsasında istehsal edilən ultrabuklar

Gələn ilin birinci yarısında üçüncü nəsil “İntel Core” prosessorları ilə təchiz edilən personal kompyuterlərin satışa çıxarılması gözlənilir. “İvy Bridge” kod adı ilə tanınan yeni prosessorlar “3D Tri-Gate” tranzistor texnologiyasının tətbiq edildiyi ilk prosessorlar olacaq. Bundan başqa, bunlar 22 nanometr norma əsasında işləyən ilk prosessorlardır.

Yeni prosessorların yaradılması ilə əlaqədar kompyuterlərin yeni kateqoriyasının – “İntel” korporasiyasının cari ilin mayında təqdim etdiyi ultrabukların yeni inkişaf mərhələsi gözlənilir.
 
 “Apple” televizoru

2012-ci ildə “Apple” şirkətinin məhsullar xəttinə yeni məhsul – ilk internet-televizorun əlavə olunacağı barədə şayiələr gəzir. “Apple” internet-televizoru buraxmaqla bu dəfə televizor bazarında yeni inqilab etmiş olacaq.
 
“BlackBerry”-nin yeni platformasının işə salınması

2012-ci ildə Kanadanın smartfonlar istehsalçısı “Research In Motion” şirkətinin yeni “BlackBerry 10” platformasının işə salınması planlaşdırılıb.

Platforma ilk dəfə olaraq “RİM”-in 2010-cu ilin əvvəlində “QNX Software Systems” şirkəti ilə birlikdə aldığı “QNX” mikronüvə əməliyyat sisteminin bazasına əsaslanacaq. Bu əməliyyat sistemi daha çox avtomobil sənayesində tətbiq edilir və hazırda 200-dən çox avtomobil modelində informasiya-əyləncə və telematik sistemlərin əsası kimi istifadə olunur.

“QNX”-i enerji səmərəliyinə və geniş multimedia imkanlarına görə seçən “RİM” şirkəti onun köməyi ilə “iOS” və “Android” əməliyyat sistemləri ilə rəqabət aparmağa ümid edir.
 
“Sony” brendinin smartfonlar bazarına qayıdışı 

1,05 milyard avroya “Sony Ericsson” birgə müəssisəsində “Ericsson” şirkətinin 50 faizlik payını alan Yaponiyanın “Sony” korporasiyası 2012-ci ilin ortalarından müstəqil şəkildə “Android” əməliyyat sistemi bazası əsasında smartfonlar istehsal etməyə başlamağı planlaşdırır.

Əvvəllər “Sony” mobil telefonları “Ericsson” kimi öz əmtəə nişanı ilə istehsal edilib. 2001-ci ildə tərəflər bu istiqamətdə birgə hərəkət etmək barədə razılığa gələrək yeni brend yaradıblar.

“Facebook”-un birjaya çıxarılması

Gələn ilin ortalarında “Facebook” sosial şəbəkəsinin birjaya çıxarılacağı gözlənilir. Birjada səhmlərin yerləşdirilməsi zamanı şirkət 10 milyard dollara yaxın vəsait cəlb etməyə hazırlaşır.

Analitiklərin fikrincə, şirkətin dəyəri 100 milyard və hətta daha çox qiymətləndirilə bilər, bu isə “Facebook” sosial şəbəkəsini “Hewlett-Packard” korporasiyası daxil olmaqla, dünyanın əksər nəhəng şirkətlərindən iki dəfə daha çox bahalı edə bilər.

 “LTE” texnologiyası “WiMAX”-ı qabaqlayacaq

“İHS iSuppli” analitik şirkətinin proqnozuna əsasən, 2012-ci ildə “LTE” standartının abunə bazası xeyli artacaq, belə ki, dünyada standart istifadəçilərinin sayı cari illə müqayisədə 442 faiz artaraq 62,8 milyon nəfərə çatacaq.

Nəticədə “LTE” abunəçilərinin sayı ilk dəfə olaraq alternativ “WiMAX” texnologiyasının abunəçilərinin sayını ötəcək. Sonrakı illərdə “LTE”-yə qoşulmaların sayı sürətli templərlə artmaqda davam edəcək və 2015-ci ilin sonuna istifadəçilərin sayı 744,2 milyon – dünyadakı mobil rabitə istifadəçilərinin sayının təxminən 10 faizini təşkil edəcək.

Biznes üçün mobil əlavələr bazarının artması

Mobil qurğuların sürətlə yayılması və onlardan tez-tez iş məqsədləri üçün istifadə edilməsi nəticəsində 2012-ci ildə və sonrakı illərdə biznes üçün mobil əlavələrin sayının yüksək artımı gözlənilir. Korporativ proqram təminatı istehsalçıları artıq bu istiqamətdə müəyyən addımlar atıblar. 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL