waplog

“Sharp” şirkəti “8K” formatlı nəhəng televizorun istehsalına başlayıb


“Sharp” şirkəti 7680 x 4320 piksel matrisalı 120 düym diaqonallı yeni böyük televizorun istehsalına başlayıb. 120 giqahers kadr tezliyini dəstəkləyən yeni qurğu “HDMI 2.1” portu ilə təchiz edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, televizorun standart parlaqlığı 1500, pik parlaqlığı isə 2500 kandel/kvadratmetr təşkil edir. İşıqlandırma bərabərliyinə 2048 parlaqlıq zonasının tənzimlənməsi sayəsində nail olunur. Qurğunun digər xüsusiyyəti onun quraşdırılmış “5G” modeminə malik olmasındadır.

 

Televizorun Çində rəsmi təqdimatı ilə birlikdə istehsalının başlanmasına baxmayaraq qiymət barədə məlumat verilmir. Lakin bununla belə onun qiymətinin bir neçə min dollar olacağı ehtimal edilir.

 

Yeni televizor “Sharp” və “Foxconn” şirkətlərinin birgə müəssisəsində istehsal ediləcək.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL