waplog

“LG” premium smartfonlar seqmentini tərk edəcək


Cənubi Koreya KİV “LG” şirkətinin 2021-ci ilin birinci yarısında “Snapdragon 875” mobil platforması əsasında smartfon buraxmayacağını təsdiqləyib. Həmçinin şirkət yeni mobil platforma üçün sifariş yerləşdirmək fikrindən daşınaraq bunun əvəzinə “Snapdragon 775” birkristallı sistemləri üçün böyük sifarişlər verməyə başlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, buna səbəb kimi mobil qurğular bölməsində dəyişikliklər qeyd olunur. Əvvəllər şirkət ilin birinci yarısında “G”, ikinci yarısında “V” seriyalı qabaqcıl smartfonlar buraxıb. Bu il istehsalçı “G” seriyalı smartfon buraxmayıb. Bunun əvəzinə, fevralda “LG V60 ThinQ” smartfonu, mayda “LG Velvet” adlı orta sinifli tam yeni smartfon təqdim edilib. Şirkət bu yaxınlarda eksperimental “LG Wing” smartfonunu təqdim edərək yeni form-faktorlarla eksperimentləri davam etdirəcəyini təsdiqləyib.

 

“LG Velvet” modeli “Snapdragon 765G” birkristallı sistemi əsasında qurulduğundan onu əvəzləyəcək smartfonun “Snapdragon 775” sistemi ilə təchiz ediləcəyi gözlənilir. İstehsalçı bu il üçün nəzərdə tutulan qrafikə əməl edəcəyi təqdirdə yeni smartfon növbəti ilin ikinci rübündə nümayiş oluna bilər.

 

“Snapdragon 865” mobil platformasını əvəzləyəcək sistemin dekabrın 1-də “Qualcomm” şirkətinin “Qualcomm Tech Summit” tədbirində rəsmən nümayişi planlaşdırılır. “Snapdragon 875” adlı yeni platformadan əvvəlcə “Samsung” və “Xiaomi” şirkətləri istifadə edəcək.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL