waplog

“Sony” şirkəti üçölçülü holoqrafik ekran buraxıb


“Sony” şirkəti üçölçülü obyektlərə üçölçülü eynək və əlavə reallıq qarnituru taxmadan baxmağa imkan verən “Spatial Reality Display” adlı holoqrafik ekran təqdim edib. Yeni qurğu 5 min dollara təklif olunur.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, qurğu dar auditoriya, ilk növbədə kompüter qrafikası və xüsusi effektlər sahəsində mütəxəssislər üçün nəzərdə tutulub. Rəssamın baxışlarının istiqamətini izləyən “SR” displey dərhal onun qarşısında işin nəticəsini vizuallaşdıra bilir. Bundan başqa, yeni “Sonу” qurğusu baxış nöqtələrinin vəziyyətini müəyyənləşdirdikdən sonra millisaniyə ərzində görüntünü lazımi baxış bucağına uyğunlaşdıran sensorlarla təchiz edilib.

 

“SR” ekran ilk dəfə yanvarda “Consumer Electronics Show (CES) 2020” sərgisində nümayiş olunub. Displey “4K” təsvir ölçülü 15,6 düym diaqonallı maye-krsital matrisa ilə təchiz olunub və yüksək məhsuldarlığa malik kompüterin qoşulmasını tələb edir.

 

Qeyd edək ki, holoqrafik ekran hazırda bir sıra şirkətlər tərəfindən istifadə olunur. Məsələn, “Sony Pictures” kinostudiyası onu “Ghostbusters: Afterlife” filminin çəkilişi zamanı səhnələrin ilkin vizullaşdırılması üçün cəlb edib. Bundan əlavə, “SR” ekrandan “Volkswagen” avtomobil konserninin dizaynerləri istifadə edib.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL