waplog

“HTC” şirkəti “Snapdragon” prosessoru və tutumlu akkumulyatora malik smartfon təqdim edib


“HTC” şirkəti indi çətin anlarını yaşayır, amma yenə də smartfon istehsalına davam edir. Tayvan brendinin növbəti modeli “Desire 20 ” aparatının əsas xüsusiyyətləri 7-ci seriyalı 8 nüvəli “Snapdragon” prosessoru, keyfiyyətli kamera və yüksək tutumlu akkumulyatordur.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “HTC Desire 20 ” smartfonu 1600x720 piksel təsvir ölçülü 6,5 düymlük IPS displeylə təchiz edilib. Ekranda 16 mp-lik ön kamera üçün kiçik dəlik nəzərdə tutulub. Smartfonun arxa tərəfində barmaq izləri skaneri və işıqlandırıcıya malik 4 kameradan ibarət blok yerləşir. Əsas modul obyektivin diafraqması f/1.8 olan 48 mp-lik sensordan ibarətdir. Əlavə olaraq 115 dərəcəlik baxış bucağına malik 5 mp-lik genişbucaqlı obyektiv, 5 mp-lik dərinlik datçiki və 4 sm məsafədən fokuslanma qabiliyyətinə malik 2 mp-lik makroobyektiv nəzərdə tutulub.

 

6 QB əməli yaddaşa malik 8 nüvəli “Snapdragon 720G” prosessoru aparat platforması kimi çıxış edir. 128 QB-lıq daxili daşıyıcının tutumunu “microSD” yaddaş kartının köməyi ilə artırmaq olar. “Quick Charge 4.0” sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən 5000 milliamper/saat tutumlu akkumulyator qurğunun avtonom işini təmin edir. Həmçinin qulaqlıqlar üçün konnektor nəzərdə tutulub. “NFC” modulunun mövcudluğu alış-verişin ödənişi üçün smartfondan istifadə etməyə imkan verir. Aparat “Android 10” sisteminin idarəetməsi altında işləyir.

 

“HTC Desire 20 ” aparatının qiyməti 295 dollar təşkil edir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL