waplog

“LG” şirkəti dünyada ilk rulona bükülən televizor buraxıb


“LG Electronics” (LG) şirkəti dünyada ilk rulona bükülən televizor paneli – “Signature OLED R” adlı qurğunu kommersiya bazarına çıxararaq “ağıllı” televizorların təşəkkülündə yeni səhifə açıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, televizorun əsasını üzvi işıq diodları əsasında matrisa təşkil edir. Elastiklik sayəsində displey rulona bükülür və düzbucaqlı paralelepiped şəklində hazırlanmış altlığın içərisinə tam yerləşir.

 

Ekranın ölçüsü 65 düym diaqonal təşkil edir, təsvir ölçüsü “4K” (3840 × 2160 piksel) formatına uyğundur. Bundan başqa, innovativ qurğu yüksək yeniləmə tezliyinə (120 giqahers) malikdir.

 

“Signature OLED R” televizorundan üç istifadə rejimi – “Full View”, “Line View” və “Zero View” nəzərdə tutulub. Birinci halda istifadəçi videomateriallara baxmaq üçün tam televizor əldə edir. “Line View” vəziyyətində ekran kiçik hündürlük üzərinə çıxaraq faydalı informasiya nümayiş etdirir. “Zero View” rejimində isə yeni qurğudan 100 vatt gücündə səs paneli kimi istifadə mümkündür.

 

Televizor intellektual səsli köməkçi funksiya ilə ünsiyyət qurmağa imkan verir. Həmçinin “Wi-Fi 802.11ac” və “Bluetooth 5.0” simsiz rabitə kontrollerləri mövcuddur.

 

“Signature OLED R” televizorunun qiyməti 87 min dollar təşkil edir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL