“Bakcell” Azərbaycanda gənclərin mobil sahibkarlığını dəstəkləyir
Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkəti 13-16 dekabr, 2011-ci il tarixlərində keçirilən “Biznes inkubatorların fəaliyyəti və gənclərin mobil sahibkarlığına dəstək: dünya ölkələrində qazanılmış təcrübə və Azərbaycanda bu sahənin inkişaf perspektivləri” adlı beynəlxalq konfransın rəsmi tərəfdaşıdır.
Konfransın əsas məqsədi "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına müvafiq olaraq, Azərbaycanda gənc sahibkarları dəstəkləmək məqsədilə gənc biznes inkubatorların yaradılması üzrə beynəlxalq təcrübəni bölüşməkdir.
“Mobile Monday” (MoMo) Bakı layihəsinin bir hissəsi olan konfrans “Bakcell” və “Alcatel-Lucent” şirkətlərinin maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Xəzər İnvestisiya Mərkəzi (XİM) tərəfindən təşkil edilir. Konfransda “MoMo”-nun Almaniya, Polşa, Bolqarıstan, Rumıniya, Çernoqoriya, Ukrayna, Belarus və digər ölkələrdən olan nümayəndələri də iştirak edirlər.
Konfrans həmçinin Dünya Bankının “İnfoDev” layihəsi, “ECAbit” (Avropa və Mərkəzi Asiya Biznes İnkubatorları və Texnologiya Parkları Şəbəkəsi) və “Mobile Monday” Beynəlxalq Şəbəkəsi tərəfindən dəstəklənir.
Konfrans çərçivəsində, həmçinin ilk “MoMO” Bakı görüşü təşkil olunacaq.
Görüşdə yerli İKT şirkətlərinin nümayəndələri, gənc developerlər və bloqqerlər, müxtəlif ölkələrdən “MoMo” nümayəndələri də iştirak edəcək.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL