waplog

Azərbaycanda e-hökumət portalında xidmətlərin sayı 56-ya çatıb


Azərbaycanda "Elektron hökumət" portalında təqdim edilən elektron xidmətlərin sayı 56 ədədə çatıb. Bu barədə jurnalistlərə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, "Elektron hökumət" portalına Azərbaycanın 15 dövlət idarəsi qoşulub və respublikanın nazirlik və idarələrinin qoşulması üzrə işlər davam edir.

"Elektron hökumət" portalı vətəndaşlarla, dövlət və özəl sektorun müəssisələri ilə işi əlaqələndirən əsas alət olacaq.Portalın işə salınması gələn ilin martında gözlənilir.

Respublikanın idarələri tərəfindən göstəriləcək elektron xidmətlərin ümumi sayı 300 ədəd təşkil edəcək.
"Elektron hökumət" portalının yaradılmasında mövcud informasiya bazalarını və müxtəlif platformalarda yaradılan sistemləri birləşdirəcək X-Road sisteminin prinsipindən istifadə olunacaq.

X-Road sistemi müxtəlif dövlət təşkilatlarının məlumat bazalarını birləşdirməyə, əhaliyə kompozit xidmətlər göstərməyə, eləcə də "dövlət-vətəndaş" dialoqunun aparılması imkanı ilə interaktiv servisləri təqdim etməyə imkan verəcək.

İdarələrarası qarşılıqlı elektron fəaliyyət sistemi vətəndaşların bu və ya digər sənədləri dövlət idarələrinə (pasport qeydiyyatı şöbəsi, mənzil-kommunal təsərrüfat idarəsi və s.) getmədən almasını asanlaşdıracaq.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL