waplog

ABŞ operatoru “5G” şəbəkəsində məlumat yüklənilməsində yeni rekord müəyyənləşdirib


ABŞ-ın “Verizon” mobil rabitə operatoru “Qualcomm” və “Ericsson” şirkətləri ilə əməkdaşlıqda “5G mmWave” şəbəkəsində məlumatların yüklənilməsində yeni rekord müəyyənləşdirərək 5,06 Qbit/saniyəlik göstəriciyə nail olub. Xatırladaq ki, “Samsung Galaxy S20 Ultra” smartfonu və “Nokia” avadanlığından istifadə ilə əvvəlki rekord 1,8 Qbit/saniyə təşkil edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, “Verizon” nümayəndələrinin sözlərinə görə, bu, hələ son nəticə deyil. Belə ki, beşinci nəsil mobil rabitə texnologiyası tam təşəkkül tapdıqdan sonra 5 millisaniyə yubanma və 90 dəqiqəyədək açılma vaxtı ilə 10 Qbit/saniyəyədək sürət nümayiş etdirə biləcək. Bu, saatda 500 km sürətlə hərəkət zamanı stabil internet bağlantısını təmin etməyə imkan verəcək.

 

Operator onu da bəyan edib ki, gələcəkdə onun “5G” şəbəkələrində bir kvadrat kilometrdə eyni anda 1 milyonadək qoşulmuş qurğu işləyə biləcək.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL