waplog

“Samsung” brendi “Interbrand” reytinqinin ilk beşliyinə daxil olub


“Samsung Electronics” korporasiyası “Interbrand” beynəlxalq konsaltinq şirkətinin hazırladığı 2020-ci ilin 100 ən bahalı brendi reytinqində beşinci yeri tutub. “Samsung” brendi 62,3 milyard dollar dəyərində qiymətləndirilib. Belə yüksək nəticəyə şirkət tarixində ilk dəfə nail olunub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, iyirmi il əvvəl Cənubi Koreya nəhəngi o vaxt ilk dəfə dərc edilən reytinqdə 43-cü pillədə yer alsa da, artıq 2010-cu ildə 19,5 milyard dollarlıq göstərici ilə 19-cu yerə yüksəlib. Stabil artım sonrakı illərdə də davam edib. 2012-ci ildə şirkət 9-cu yeri tutaraq ilk onluğa daxil olub. O zaman “Samsung” brendinin dəyəri 32,9 milyard dollar olub. Növbəti illərdə şirkət iki pillə yüksəlib, 2017-ci ildə isə 6-cı olub. Reytinqin yeni redaksiyasında şirkət ilk dəfə ilk beşlikdə yer alıb.

 

“Samsung” nümayəndələrinin sözlərinə görə, reytinqdə yüksəlmə daim innovasiyaların tətbiqi və şirkətin qlobal bazarda geniş marketinq fəaliyyəti ilə əlaqədardır.

 

“Interbrand” mütəxəssisləri tərəfindən “Samsung” brendinin dəyərinin bahalaşmasında həlledici rol oynayan konkret amillər sadalanır. Bu, korporativ sosial məsuliyyət üzrə qlobal tədbirlər və inteqrasiya edilmiş dünya kampaniyaları vasitəsilə “COVID-19”a operativ reaksiya, dayanıqlı inkişafa yönələn ictimai fəaliyyət, “Galaxy Fold” smartfonu, “The Terrace” televizoru və “BESPOKE” soyuducuları kimi innovativ məhsulların müntəzəm nümayişi, eləcə də süni intellekt, “5G” və “Əşyalar interneti” kimi qabaqcıl texnologiyaların inkişafına mütəmadi investisiyaların qoyulmasıdır.

 

Qeyd edək ki, “Interbrand” tərəfindən brendlərin dəyəri çoxlu amillər, o cümlədən maliyyə göstəriciləri, biznesə təsir və rəqabət qabiliyyəti nəzərə alınaraq qiymətləndirilir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL