waplog

“Lenovo Legion Slim 7” noutbuku “AMD Ryzen 9 4900H” prosessoru ilə təchiz edilib


“Lenovo” şirkəti oyun həvəskarları üçün layihələndirilən “Legion Slim 7” portativ kompüterini satışa çıxarmağa hazırlaşır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, noutbuk “AMD” aparat platforması üzərində qurulub. Maksimal konfiqurasiya 4,4 giqahersədək dinamik artırılma imkanına malik 3,3 giqaherslik tezlikdə işləyən 6 nüvəli (16 təlimat axını) “Ryzen 9 4900H” prosessorundan istifadəni nəzərdə tutur.

 

Yeni qurğu təsvir ölçüsü daha bahalı versiyalarda 3840 × 2160 piksel (4К formatı) təşkil edən 15,6 düym diaqonallı ekranla təchiz edilib. Qrafika emalı “NVIDIA GeForce RTX 2060” diskret sürətləndiricisi tərəfindən həyata keçirilir.

 

Kompüter 32 giqabaytlıq “DDR4-3200” operativ yaddaş və 2 terabayt tutumlu sürətli “PCIe NVMe” bərkcisimli toplayıcısı ilə təchiz olunub. Həmçinin “Killer AX1650 Wi-Fi” və “Bluetooth 5.1” simsiz rabitə adapterləri, 2 vatlıq stereodinamiklər, işıqlı klaviatura və barmaq izi skaneri sadalanır.

 

Mövcud çıxışlar kimi iki “USB 3.2 Gen2 Type-C” və “USB 3.2 Gen2 Type-A” portu, 3,5 millimetrlik audioçıxış və “SD” oxucusu göstərilir. Noutbuka “Windows 10” əməliyyat sistemi quraşdırılıb.

 

Yeni qurğunun oktyabrın sonunadək 1370 dollara satışa çıxarılması planlaşdırılır.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL