waplog

İsveç Çin şirkətlərinin “5G” texnologiyalarından istifadədən imtina edib


İsveçin milli beşinci nəsil mobil rabitə şəbəkəsində “Huawei” və “ZTE” texnologiyalarından istifadə qadağan edilib. Bununla bağlı qərarın təşəbbüskarı qismində hərbçilər çıxış edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Mediasat” resursuna istinadən yazır ki, məlumata görə, İsveç Silahlı Qüvvələr və Dövlət Təhlükəsizliyi Xidmətinin mütəxəssisləri tərəfindən risklərin qiymətləndirilməsi aparıldıqdan sonra Çin şirkətlərinin ölkədə “5G” şəbəkələrinin qurulmasında iştirakının qadağan edilməsi ilə bağlı yekun qərar qəbul edilib.

 

Qeyd olunur ki, tezliklə İsveçdə “5G” tezlikləri üçün hərrac keçiriləcək və yerli hakimiyyət onlara Çin şirkətlərinin sahib çıxmasını istəmir. Bundan başqa, hərracda iştirak edən bütün şirkətlər 2025-ci ilədək mövcud əsas qovşaqlardakı “Huawei” və “ZTE” avadanlıqlarını ləğv etməlidir.

 

Qərarın Çin avadanlığının milli maraqlar üçün təhlükə törətməsinə əminliyini ifadə edən ABŞ-ın təzyiqi ilə qəbul olunduğu ehtimal edilir.

 

Qeyd edək ki, iyulda Böyük Britaniyada “5G” şəbəkəsinin qurulmasında “Huawei” şirkətinin iştirakından imtina olunub. Bir müddət əvvəl Fransa operatorları Çin şirkətinin texnologiyalarından istifadə etməməyə çağırıb.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL