waplog

Elektromobillər üzrə çempionat 2022-ci ildə keçiriləcək


Avtomobil idmanı üzrə yeni "Supercharge" çempionatının 2022-ci ildə keçirilməsi nəzərdə tutulur. Bu barədə "Avtodream" avtomobil portalının məlumatında deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Belta" resursuna istinadən yazır ki, yarışlarda 670 at gücündə tam elektrik yolsuzluq avtomobilləri iştirak edəcək. Yarışlar şəhər rayonlarının müxtəlif maneəli qısa yollarında keçiriləcək.

 

Məlumata görə, yeni yarış növü "Porsche Motorsport" komandasının keçmiş direktoru və "Sauber Formula-1" komandasının hazırkı direktoru Maks Velti tərəfindən kəşf edilib.

 

Bir gündə 15 yürüş planlaşdırılır. Səkkiz iştirakçı komandanın hər biri trasa iki yarışçı buraxa biləcək.

 

Bildirilir ki, komandalara "Volkswagen Motorsport" tərəfindən hazırlanan "SC01" adlı şassi təqdim ediləcək. Şassi əsasında komandalar yolsuzluq avtomobilləri yığa biləcəklər. Belə avtomobil tam ötürücünü təmin edən və 2,5 saniyəyə avtomobili yerindən 100 km/saatadək sürətləndirən iki elektromotorla təchiz ediləcək.

 

"Supercharge" çempionatının trasları ralli kross üçün trasları xatırladacaq. Onların hər birinin uzunluğu 1 kilometrə yaxın olacaq.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL