waplog

“Samsung” şirkəti rekord təsvir ölçüsünə malik ekran ixtira edib


"Samsung" şirkəti və ABŞ-ın Stenford Universitetinin alimləri birgə rekord təsvir ölçüsünə malik displey ixtira ediblər. Bu haqda universitetin saytında dərc edilmiş press-relizdə məlumat verilib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, Cənubi Koreya şirkəti və Stenford Universitetində çalışan mütəxəssislərin birgə əməkdaşlığı nəticəsində çox yüksək təsvir ölçüsünə malik displey hazırlamaq mümkün olub. Yeni OLED paneldə piksellərin sıxlığı 1 düym üçün təxminən 10000 pikselə bərabərdir və ekranı görmə orqanlarından yaxın məsafədə yerləşən cihazlar üçün nəzərdə tutulub. Müqayisə üçün, müasir smartfonlarda ekranların piksel sıxlığı 1 düym üçün 400-dən 500 pikselədək dəyişilir.

 

Şərti olaraq "newOLED" adlandırılan yeni hazırlama mövcud orqanik işıq diodları texnologiyasına əsaslanır. Həmçinin alimlər yeni tip ekranın hazırlanması vaxtı günəş panellərinin qurulması texnologiyasına əsaslanıblar.

 

Mütəxəssislər dəqiqləşdiriblər ki, yeni tip displeylər istehlak elektronikası seqmentində (məsələn, virtual reallıq qurğuları və ekranın təsvir ölçüsünün həlledici olduğu bu kimi aksesuarlarda) tətbiq edilə bilər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL