waplog

“Epson” şirkəti “Android TV” sistemli iki lazer proyektor təqdim edib


"Epson" şirkəti "EpiqVision" lazer proyektorlar seriyasına "Ultra LS300" və "Mini EF12" modellərini əlavə edib. "Android TV" əməliyyat sisteminin idarəetməsi ilə işləyən yeni qurğular yüksək təsvir ölçülü görüntü, təkmilləşdirilmiş audiosistem dəstəyi ilə təchiz edilib və görüntünü iriölçülü diaqonalda proyeksiya edirlər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, hər iki model videonun "4K" təsvir ölçüsündə göstərilməsini dəstəkləyir. "EpiqVision Mini EF12" üçün proyeksiya edilən görüntünün maksimal diaqonalı 150 düym, "Ultra LS300" üçün 120 düym təşkil edir. "3LCD" modullu qurğular "RGB" rəng məkanını 100 faiz əhatə edir.

 

Proyektorların daha bir xüsusiyyəti "Yamaha" şirkətinin məxsusi olaraq bu tip qurğular üçün hazırlanan ayrıca səsgücləndiriciyə malik quraşdırılmış audiosistemidir. Bundan başqa, "Yamaha AudioEngine DSP" və "Dolby Digital" texnologiyalar dəstəyi mövcuddur.

 

İlin sonunadək satışa çıxarılacaq yeni "Epson" proyektorlarının "EpiqVision Ultra LS300" modelinin qiyməti 1999 dollar, "EpiqVision Mini EF12" modelinin isə 999 dollar təşkil edəcək.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL