waplog

“WhatsApp” messencerində daxili internet-mağaza istifadəyə veriləcək


“WhatsApp”ın tərtibatçıları messencerin funksionallığını genişləndirməyi planlaşdırırlar, daxili formalar vasitəsi ilə məhsul və xidmətləri satın almaq imkanı ona əlavə ediləcək. Şirkət proqramın yenilənmiş imkanlarını nümayiş etdirən reklam çarxı dərc edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, reklam çarxına əsasən, seçilmiş internet-mağazanın xüsusi çat-botuna yazan istifadəçi birbaşa messencerin pəncərəsində onlayn kataloqa giriş əldə edəcək. Lazımi məhsulu seçən cihazın sahibi yalnız ödənişi etməli və göstərilmiş ünvana çatdırmanı gözləməlidir. Güman ki təqdimat mərhələsində ödəniş sistemi kimi “Facebook Pay” istifadə olunacaq.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL