waplog

Ölkə üzrə ən dəqiq vaxt bütün telekommunikasiya sistemlərinə ötürüləcək


Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi özünün rəsmi internet səhifəsi olan www.azstand.gov.az saytında Azərbaycan Respublikasının Dövlət İlkin Vaxt və Tezlik etalonunun təyin etdiyi etalon vaxtın yayımına başlayıb.
Etalon kompleksinə ABŞ istehsalı olan GPS qəbuledici sinxronizatoru vaxt və tezlik etalonu və Taymer-sayğacı analizator daxildir. Vaxt və Tezlik etalonunun əsas prinsipi "sezium" elementinin parçalanması zamanı yaranan ən dəqiq qəbul olunmuş tezliyi süni peykdən GPS antenlə qəbul edib Vaxt və
Tezlik etalonu vasitəsilə sinxronlaşdırmaq və respublikada olan ən dəqiq vaxtı bütün telekommunikasiya sistemlərinə ötürməkdir.
ŞEtalon rabitə, nəqliyyat, istehsal, tibb və s. sahələrdə, elmi-tədqiqat işlərində tətbiq ediləcək. Bundan başqa, vaxtaşırı yoxlanılması vacib olan tezlik ölçü avadanlıqlarının (tezlikölçənlərin, yüksək tezlik generatorlarının, vaxtla bağlı bütün işçi etalonların və s.) kalibrlənməsi də Vaxt və Tezlik etalonu vasitəsilə həyata keçiriləcək.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL