waplog

Ən populyar “iPhone” modelləri açıqlanıb


“iPhone 11” seriyalı smartfonlar ABŞ bazarında ən populyar modellər seçilib. Bu barədə “9to5mac” nəşrinin “Consumer Intelligence Research Partners” (CIRP) agentliyinin tədqiqatına istinadən məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, agentliyin məlumatına görə, 2020-ci ilin üçüncü rübündə “Apple” smartfonlarının satışının 64 faizi “iPhone 11”, “11 Pro” və “11 Pro Max” modellərinin payına düşüb. Seriyanın əsas versiyası – “iPhone 11” 30 faiz payla satış həcmində liderdir. Analitiklər tərəfindən ABŞ brendinin ən ucuz qurğusunun populyarlığı da qeyd olunub. Bildirilir ki, bütün “Apple” smartfonlarının satış sayının 20 faizi “iPhone SE” modelinin payına düşüb. Agentliyin həmtəsisçisi Coş Lovitsin sözlərinə görə, “iPhone” satışının dörddəbir hissəsini “iPhone SE” təşkil edib.

 

Həmçinin vurğulanır ki, 2020-ci ilin sentyabrında ABŞ regionunda satış həcminin əksər hissəsi (71 faiz) rabitə operatorlarının payına düşüb. Alıcıların 21 faizi smartfonları bilavasitə “Apple Store” mağazası vasitəsilə əldə edib. 2019-cu ilin sentyabrında operator və “Apple” mağazalarının payı müvafiq olaraq 74 və 13 faiz təşkil edib.

 

Analitiklərin sözlərinə görə, “iPhone 11” seriyası “Apple” qurğuları bazarında ən çox tələb edilən olaraq qalır. “COVID-19” pandemiyasının pərakəndə satış ticarətini dəyişdiyi və qabaqcıl “iPhone” smartfonlarının buraxılışını yubatdığı çətin rübdə yeni “SE” modeli yeniləməyə ehtiyac duyan köhnə qurğu sahiblərini cəlb edə bilib”, – C. Lovits əlavə edib.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL