waplog

Ramin Quluzadə Pakistanın ölkəmizdəki səfiri ilə Ermənistanın son hərbi təxribatlarını müzakirə edib


Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə Pakistan İslam Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Haye arasında görüş keçirilib.

 

Nazir Bilal Hayeni ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edərək ona uğurlar arzulayıb.

 

Görüş zamanı Ramin Quluzadə səfirə Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatları barədə danışıb. O, həmçinin Ermənistan silahlı qüvvələrinin oktyabrın 28-də Bərdə şəhərinə kasetli bombalarla endirdiyi zərbələr nəticəsində mülki əhali arasında itkilər və mülki infrastruktura dəyən ziyan barədə məlumat verib.

 

Nazir bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Ağdam, Ağcabədi, Tərtər, Goranboy və Bərdə rayonlarına, Gəncə və Mingəçevir şəhərlərinə, o cümlədən münaqişə zonasından xeyli aralıda yerləşən Xızı və Abşeron rayonlarına ballistik raket hücumları nəticəsində sentyabrın 27-dən bu günədək 91 dinc sakin həlak olub, 400 mülki şəxs yaralanıb, 3 mindən artıq mülki infrastruktura ziyan dəyib.

 

Ramin Quluzadə qeyd edib ki, beynəlxalq ictimaiyyət Ermənistanı həyata keçirdiyi hərbi və müharibə cinayətlərinə görə sərt şəkildə qınamalı, onu bu fəaliyyətindən çəkinməyə çağırmalıdır.

 

Səfir Bilal Haye Azərbaycanın haqlı mövqeyinin hər zaman Pakistan tərəfindən dəstəkləndiyini, bundan sonra da bu dəstəyin davam edəcəyini bildirib.

 

Görüşdə iki ölkə arasında innovasiya və yüksək texnologiyalar, o cümlədən nəqliyyat sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL