waplog

Dünyada ən çox satılan “5G” smartfonları məlum olub


“Strategy Analytics” tədqiqat şirkətinin mütəxəssisləri dünyada bu ilin birinci yarısı üzrə olan satışlara əsasən ən çox satılan “5G” smartfonlarını müəyyənləşdiriblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, məlumatlara əsasən, bu reytinqdə birinci yeri Cənubi Koreyanın “Samsung” şirkətinin “Galaxy S20 5G” modeli tutub. “5G” smartfon satışlarından əldə olunan gəlirin 9%-i bu modelin payına düşüb. Maraqlıdır ki, ikinci və üçüncü yerlərdə, həmçinin “Samsung” şirkətinin qurğuları qərarlaşıblar. Söhbət “S20 Ultra 5G” və “S20 5G” qurğularından gedir. “Huawei P40 Pro 5G” və “Huawei Mate 30 5G” smartfon modelləri dördüncü və beşinci yerləri bölüşüblər.

 

Analitiklərin proqnozuna görə, artıq bu ilin ikinci yarısında reytinqdə lider dəyişiləcək. “iPhone 12”nin ən populyar “5G” smartfonu olacağı gözlənilir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL