waplog

Çində ümumi smartfon satışlarının 50%-dən çoxu “5G” modellərinin payına düşür


Çində smartfon satışları tədricən bərpa olur. 2020-ci ilin iyul-sentyabrında “Counterpoint Research” şirkətinin analitikləri üçaylıq tədarük həcmi üzrə 6% artım qeydə alıblar. Amma 2019-cu ilin üçüncü rübü ilə müqayisədə tədarük həcmi 14% azalıb. Mütəxəssislər aşağı nəticəni işsizlik göstəricilərinin pisləşməsi fonunda Çində zəif istehlakçı tələbatı ilə əlaqələndiriblər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, eyni zamanda “Counterpoint” şirkətinin məlumatları Çində “5G” seqmentinin kəskin artımından xəbər verir. 2020-ci ilin üçüncü rübündə ölkədə satılmış bütün smartfonların 50%-dən çoxunda beşinci nəsil şəbəkələrin dəstəyi nəzərdə tutulub.
 
İlin ikinci yarısından qiyməti 300 ABŞ dollarından aşağı olan yeni “5G” modellərini bazarda aktiv şəkildə tanıtmağa başlayan yerli istehsalçıların səyləri Çində “5G” qurğularının geniş yayılmasına kömək edir. Texnologiyanın geniş yayılmasına imkan yaradan daha bir amil Çində “5G” şəbəkələrinin sürətli bir şəkildə qurulmasıdır.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL