waplog

“5G” dəstəkli ilk mühafizəli smartfon təqdim olunub


Çində beşinci nəsil mobil rabitə şəbəkəsini dəstəkləyən dünyada ilk mühafizəli “Blackview BL6000 Pro 5G” smartfonu rəsmən təqdim edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, smartfon istehlak qurğuları üçün maksimal “IP68” və “IP69K” mühafizə dərəcəsinə cavab verir. Həmçinin “Blackview BL6000 Pro 5G” ABŞ-ın “MIL-STD-810G” standartının tələblərinə uyğun sertifikatlaşdırılıb. “IceMode” rejimi isə smartfonun mənfi 30 dərəcəyədək temperaturlarda iş qabiliyyətini təmin edir. Bundan başqa, 5280 milliamper/saat tutumlu akkumulyator nəzərdə tutulub.

 

Məlumata görə, “MediaTek Dimensity 800” birkristallı platforması üzərində qurulan smartfon 8 giqabaytlıq operativ və 256 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilib. Əsas kamera sistemi üç modulla, əsas – 48 meqapikselli “Sony IMX582” ilə təmsil olunub. Ekranda kəsik şəklində yerləşən ön kamerada 16 meqapikselli “Samsung S5K3P9-SP” sensoru tətbiq edilib.

 

Qiyməti açıqlanmayan “Blackview BL6000 Pro 5G” smartfonunun əvvəlcə “Indiegogo” platformasına, daha sonra pərakəndə satışa çıxarılacağı gözlənilir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL