waplog

“Ağıllı” parça onun içərisində olan obyektləri müəyyənləşdirə bilir


Bizi əhatə edən ənənəvi şeylər getdikcə daha texnoloji və daha “ağıllı” olur. Səsli idarəetməyə malik çarpayı, rəngini dəyişdirən pəncərə, simsiz elektrik açarı və ətrafımızda olan yüzlərlə başqa predmet həyatımızı daha da asanlaşdırır. “Microsoft” korporasiyası maraqlı bir hazırlama – içərisində olan əşyaları yüksək dəqiqliklə müəyyənləşdirə bilən “ağıllı” parça təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Microsoft” və müxtəlif universitetlərin tədqiqatçıları tərəfindən birgə hazırlanmış qeyri-adi parça “Capacitivo” adlandırılıb. Parçanın dəqiq xüsusiyyətləri açıqlanmır, amma onun həm içərisində, həm də kənardakı obyektləri müəyyənləşdirə bilməsi məlumdur. Məsələn, belə parça mağazadan satın alınmış məhsulları müəyyənləşdirə və maraqlı reseptlər təklif edə bilər.

 

“Capacitivo” adlı “ağıllı” parça, həmçinin mayeləri və bir çox başqa qeyri-metal predmetlərini müəyyənləşdirə bilir. Parçanın effektivliyi artıq təcrübi olaraq təsdiqlənib. Məlumata görə, araşdırmada 10 nəfər və 20 müxtəlif obyekt iştirak edib, eyniləşdirmə dəqiqliyi 94,5% təşkil edib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL