waplog

“AirCar” uçan avtomobilinin sınaq uçuşu keçirilib


Slovakiyanın "KleinVision" şirkəti avtomobil və təyyarə hibridinin prototipini hazırlayıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Naukatv" resursuna istinadən yazır ki, 3 dəqiqə ərzində adi nəqliyyat vasitəsindən uçan idman avtomobilinə çevrilən "AirCar" sınaq uçuşları çərçivəsində Slovakiya üzərində havada 450 metr uçuş həyata keçirib.

 

Çəkisi 1100 kiloqrama bərabər ikinəfərlik model hər reys üçün əlavə olaraq 200 kq yükgötürmə qabiliyyətinə malikdir. "BMW 1.6 L" mühərriki ilə təchiz edilən avtomobil-təyyarə 140 at gücündə effektiv çıxış gücünə malikdir. Onun hesablanmış uçuş məsafəsi isə 1000 km təşkil edir.

 

Texnologiya müəllifi Stefan Klyaynın sözlərinə görə, qalxma üçün 300 metr uzunluğunda uçuş-enmə zolağı tələb olunur. Uçuşda isə "AirCar" 200 km/saat sürətlə hərəkət edir.

 

"AirCar" arxa tərəfdə açılan qanadlar və propellərlə təchiz olunub. Avtomobil yolda olan zaman qanadlar yığılır.

 

Mütəxəssislərin sözlərinə görə, uçan avtomobil onu xüsusi hazırlıq keçmədən istənilən pilotun idarə etməsi üçün layihələndirilib.

 

Yeni qurğu barədə ətraflı məlumat verilməsə də, mütəxəssislər qeyd edir ki, 2021-ci ildən etibarən "AirCar" avtomobil və təyyarə hibridini həm havada, həm də yollarda görmək mümkün olacaq.

 

Nizam Nuriyev

https://www.youtube.com/watch?v=QAnIjwwzupI&feature=emb_title
 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL