waplog

“Blue QLED” texnologiyası hazırlanıb


“SAIT” (Samsung Advanced Institute of Technology) şirkətinin tədqiqat və işləmələr mərkəzi yüksək məhsuldarlığı təmin edən kadmiumdan istifadəni nəzərdə tutmayan “Blue QLED” texnologiyasını hazırlayıb. Texnologiya 20,2 faiz yaxşılaşdırılan rəngverməni, 88 900 kandel/kvadratmetr maksimal parlaqlığı təmin edir və 16 min saat (100 kandel/kvadratmetr işıqlanma dərəcəsi üçün yarım parlaqlıq zamanı ölçülüb) istismar müddətinə zəmanət verir. Bu nəticələr “Nature” jurnalında “Kvant pikselli effektiv və stabil göy şüalandırıcı diod” adlı tədqiqat çərçivəsində dərc olunub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Mediasat” resursuna istinadən yazır ki, kvant piksellər nüvə, örtük və bir neçə liqandadan ibarətdir. Texnologiyanın məhsuldarlığının və işinin stabilliyinin artırılması məqsədilə “Samsung” tədqiqatçıları tərəfindən onlara ikiqat şüalandırıcı kvant piksellər qatı daxil edilərək liqandalar daha da qısaldılıb. Həmçinin mövcud injeksiya sürəti yaxşılaşdırılıb.

 

Göy piksellərin diametri bir neçə nanometr təşkil edir və onlar işıqlandırılan zaman pikselin ölçüsündən asılı olan müəyyən işıq rəngini təkrar şüalandırırlar. Onlar üç əsas rəng arasında ən böyük zolaq yaradırlar: qırmızı, yaşıl və göy. Göy kvant piksellərin kənar işığın təsiri ilə tez oksidləşməsi səbəbindən onların istismar müddəti nisbətən azdır, rəngvermə qabiliyyəti isə zəifdir. Lakin yeni “Samsung” texnologiyası bu çatışmazlıqları aradan qaldırmağa imkan verir.

 

Bundan başqa, “Samsung” şirkəti bir sıra digər ekran istehsalı texnologiyaları, o cümlədən “mini LED”, “microLED” və “QD-OLED” üzərində çalışır. 2021-ci ildə şirkət tərəfindən mini işıq diodlu və mikro işıq diodlu çoxlu televizorların buraxılacağı, eləcə də yaxın illərdə “QD-OLED” televizorlarının istehsal həcminin artırılacağı gözlənilir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL