waplog

Koronavirus pandemiyası daşınan elektronikanın satışını artıracaq


“Canalys” analitik şirkəti hesabat dərc edərək 2021-ci ildə daşınan elektronikanın tədarük həcminin 32 faiz artacağını açıqlayıb. Buna səbəb kimi dünyada koronavirus pandemiyasının yayılması göstərilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Mediasat” resursuna istinadən yazır ki, şirkətin analitiki Sintiya Çenin sözlərinə görə, bu il ərzində istifadəçilər tərəfindən sağlamlığa diqqət artıb. Bu isə “Xiaomi”, “Garmin”, “Fitbit” və “Huami” və s. istehsalçıların “ağıllı” bilərziklərinin satışına müsbət təsir göstərir. Həmçinin distansiyalı iş və təhsil rejimləri və açıq havada idmanla məşğul olma “TWS” qulaqcıqlarının tədarükünün artmasına səbəb olacaq. Növbəti ildə simsiz qulaqcıqlar bazarında 39 faiz artım gözlənilir.

 

Analitik qeyd edib ki, koronavirus pandemiyası smartfonların istismar müddətini artıracaq: istifadəçilər bahalı smartfonları daha gec almağa başlayacaqlar. Onların əvəzinə, nisbətən ucuz və sağlamlıq üçün nəzərdə tutulan “ağıllı” qurğulara üstünlük veriləcək.

 

Qeyd edək ki, sonuncu nəsil fitnes-bilərzik və “ağıllı” saatlar qanda oksigenin miqdarını ölçmək imkanı ilə təchiz edilib.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL