waplog

“WhatsApp” messencerinə avtomatik silinən mesajlar funksiyası əlavə ediləcək


“Facebook” şirkətinə məxsus olan “WhatsApp” messencerinin nümayəndələri "avtomatik silinən" mesajlar funksiyası haqqında məlumat veriblər. Bu funksiyanın növbəti yeniləmələrdən birində tətbiqi planlaşdırılır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, tərtibatçıların sözlərinə görə, yeni rejim ilk öncə sazlamalarda aktivləşdirilməlidir. Bundan sonra qrup və ya fərdi çata göndərilmiş bütün yeni mesajlar 7 gündən sonra avtomatik silinəcək. Bu, yeni rejimin aktivləşdirilməsindən öncə göndərilmiş və qəbul edilmiş mesajlara aid edilmir.

 

"Əgər siz avtomatik silinən mesajların deaktiv edildiyi çata avtomatik silinən mesaj göndərsəniz, bu çatda həmin mesajlar silinməyəcək".

 

Bu halda “müvəqqəti” mesajlar tam məxfiliyə zəmanət vermir. Tərtibatçılar xəbərdarlıq ediblər ki, mesajı qəbul edən onu göndərə, kopyalaya və ya şəklini çəkə bilər. Bundan başqa, avtomatik silinən mesajın məzmunu bildirişdə qala bilər.

 

Yaxın vaxtlarda əlavə ediləcək yeni funksiya “Android”, “iOS” və “KaiOS”, həmçinin “WhatsApp”ın veb versiyasında və kompüterlər üçün kliyentdə əlçatan olacaq.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL