waplog

Kompüterin işini sürətləndirmək üsulu məlum olub


Brauzerdən səmərəli istifadə və müntəzəm yenidən yükləmə kompüterin işini sürətləndirə bilər. Bu haqda “Business Insider” nəşrinin materialında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, nəşrin mütəxəssisləri fərdi kompüterin məhsuldarlığını artıra bilən bir neçə tövsiyə veriblər. İlk olaraq jurnalistlər işəsalma üçün planlaşdırılmış az sayda proqramdan istifadə etməyi tövsiyə ediblər. Həmçinin müəlliflər brauzerdən səmərəli istifadə etməyi, yəni az sayda vərəq açmağı məsləhət görüblər: "Təəccüblüdür, amma brauzerlər çox yaddaş sərf edirlər".

 

Kompüterin viruslara görə planlaşdırılmış skan edilməsi onun işini xeyli sürətləndirməyə kömək edəcək. Jurnalistlərin sözlərinə görə, antivirusu sistem minimum yükləndiyi halda işə salmaq yaxşıdır. Həmçinin mütəxəssislər kompüteri yuxu rejimində saxlamağı deyil, müntəzəm olaraq yenidən yükləməyi tövsiyə ediblər. “Kompüterin maksimal məhsuldarlığına nail olmaq üçün onu bir neçə gün ərzində bir neçə dəfə yenidən yükləyin" – dərc edilmiş materialda deyilir.

 

Jurnalistlər, həmçinin köhnə sərt diski müasir SSD daşıyıcılarla əvəz etməyi tövsiyə ediblər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL