waplog

"Ağıllı" saatlar insandan enerji toplaya biləcək


Honkonq Çin Universitetinin tədqiqatçıları "ağıllı" saatların enerji ilə doldurulması üçün yeni üsul üzərində işləyirlər. Daşınan qurğular insandan, daha doğrusu, onun hərəkətlərindən enerji toplaya biləcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, alimlər sınaqlar vaxtı insan əlinin hərəkətlərini imitasiya edən metal çubuq tətbiq edirlər. Hərəkətlər nəticəsində enerji toplayan qurğu 10-dan az komponentdən ibarət yığcam generatordan istifadə edir.

 

Alimlərin əsas məqsədi “ağıllı” saat və bilərziklərə onların sahibinin bədən hərəkətlərindən enerji toplamağı öyrətməkdir. Bu, sözügedən sənayeni köklü dəyişdirə bilər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL