waplog

Aİ-də “Rəqəmli xidmətlər haqqında” yeni qanun iqtisadi artımı dayandıra bilər


“European Centre for International Political Economy” (ECIPE) Avropa analitik mərkəzi “Google” şirkətinin sifarişi əsasında təklif edilən “Rəqəmli xidmətlər haqqında” qanunun Avropa İttifaqı (Aİ) iqtisadiyyatına mümkün təsirini tədqiq edib. Qanunla böyük texnoloji şirkətlərə (Facebook, Google, Amazon, Apple və s.) axtarış nəticələrində öz xidmətlərinə üstünlük verməyin qadağan edilməsi, eləcə də müəyyən məlumatların paylaşılması nəzərdə tutulur.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, analitik mərkəz nümayəndələrinin sözlərinə görə, yeni qaydalara keçid ümumi daxili məhsulda (ÜDM) təxminən 85 milyard avro (Aİ-də ÜDM-nin 0,5 faizini təşkil edir), eləcə də istehlakçıların maddi rifahında 101 milyard dollar məbləğində itki ilə nəticələnə bilər. Analitiklər tərəfindən bu rəqəmlər digər sahələrdə, xüsusilə telekommunikasiyada oxşar qaydaların tətbiqinin nəticələri əsasında hesablanıb. Şirkətlər üçün qaydaların rəqabət üçün konkret ziyan və ya bazar mexanizminin pozulması sübut edilməzdən əvvəl tətbiqini nəzərdə tutan “ex ante” yanaşması sürətlə inkişaf edən sahələrdə və az riskli ümumi təyinatlı texnologiyaların tənzimlənməsində özünü qənaətbəxş göstərməyib.

 

“Rəqəmli xidmətlər haqqında” qanun layihəsinin dekabrın 2-də dərc ediləcəyi gözlənilir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL